Bodruma gələn meqa yaxtaların görüntüsü yayıldı - FOTO

Türkiyənin Muğla rayonunun turistik qəsəbələrindən olan Bodruma meqa yaxtalar gəlməyə başlayır.
Lent.az Türkiyə mediasına istinadən bildirir ki, hər il iş, sənət, idman və siyasət aləmindən tanınmış adamların tətil üçün seçdiyi Bodrum liman xidmətləri və texniki imkanlarıyla meqa yaxtalara ev sahibliyi edir.
Dünya zənginlərinin yaxtalarının sıralandığı Bodruma gələn bu il ilk yaxta 99 metrlik "Madame Gu"dur. Bodrum Sərnişin Limanı körpüsünə yanaşdırılan və üzərində vertolyot da olan yaxta 90 min litr yanacaq sərf edib.
Müxtəlif boy və xüsusiyyətlərdə olan yaxtaların olduğu Bodrumun Torba körfəzində isə 73 metr uzunluğundakı "Plan B" yaxta nəzəri çəkir.
İstanbul, Mərmərə, Egey, Aralıq, Qara Dəniz Bölgələri (İMEAK) Dəniz Ticarət Palatası (DTO) Bodrum şöbəsinin rəhbəri Orxan Dinç meqa yaxtaların ölkə turizmi baxımından əhəmiyyətli olduğunu söyləyərək deyib: “Yaxtalara lazım olduğunda texniki xidmət göstərilir. Bodrumda lüks yaxtalar çoxdu. Çünki qəsəbədə bununla əlaqədar güclü infrastruktur var. Texniki baxımdan meydana gələ biləcək hər hansı problemi Bodrumun yaxta emalı sektoru qarşılayır. Bu mövsüm bölgəyə gələcək meqa yaxtaların sayının artmasını gözləyirik."
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












