“Boeing”də dərinləşən maliyyə böhranı

Dünyanın 2 əsas təyyarə istehsalıçından biri olan Boeing üçün çətin günlər davam edir. Şirkətin bu gün açıqladığı maliyyə hesabatı vəziyyətin düşünüldüyündən daha ağır olduğunu göstərir. Şirkət əməkdaşlarının artıq ikinci aya qədəm qoyan tətilə görə müştərilərə hazır məhsul çatdırılması dayanıb. Yeni rəhbərlik çıxış yolu kimi işçi sayını azaltmağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, sonuncu maliyyə hesabatı “Boeing” şirkətinin vəziyyətinin ürəkaçan olmadığını göstərir. Üçüncü rüb son 4 ildə şirkətin maliyyə baxımından ən pis dövrü olub. Sözügedən dövrdə təyyarə istehsalçısının xalis zərəri 6,1 milyard dollar təşkil edib. 2020-ci ilin yanvarından indiyədək şirkətin zərəri 31 milyard dolları ötüb.
Şirkətin yeni rəhbərliyi vəziyyətdən çıxış yolu olaraq işçi sayını 10 faiz azaltmaq istəyir. 2024-cü ilin yanvarına olan məlumata görə şirkətin dünya üzrıə 171 min nəfər əməkdaşı var.
“Boeing”in əməkdaşlarının əsas zavodlarda başlayan tətili artıq ikinci aya qədəm qoyub. Həmkarlar təşkilatları ilə davam edən danışıqlar hələ ki heç bir nəticə vermir. İşçilər inflyasiyaya uyğunlaşmaq üçün əmək haqqının yaxın 3 ildə 40% artırmağı tələb edirlər. Şirkət rəhbərliyi 35% artım təklif edir.
Etiraz aksiyaları şirkətin sifarişləri də vaxtında çatdırmasına mae olur. Sentyabrın 13-də tətil başlayanadək 33 hava gəmisi müştərilərə çatdırılıb. Sonrakı dövrdə isə heç bir çatdırılma olmayıb. Qaydaya görə malın dəyərinin 60%-i təhvil-təslimdən sonra ödənildiyi üçün bu gecikmələr şirkətin maliyyə böhranını dərinləşdirir. Son illərdə baş verən qəzalar və dövlət sifarişlərinin azalması şirkətin gəlirlərinin ciddi şəkildə azalması ilə nəticələnib.
Vüqar
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












