Boğulan şəxsi xilas etməyə çalışarkən həlak olan polis şəhid sayılır - Hacı Şahin

“Bir insan digər insanın həyatını xilas edərkən həyatını itirsə, əgər Allah rizası üçün bu işi görürsə, əlbəttə ki, şəhid sayılır”.
Bu sözləri Ölkə.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşının da bu mənada şəhid sayıldığını bildirib. H.Şahinin sözlərinə görə, hər hansı bir şəxs insanlığa, cəmiyyətə xidmət yolunda insan həyatını itirərsə, o, Allah yolunda şəhid sayılır:
“Əlbəttə, bütün əməllər niyyətlərə bağlıdır. Yəni bizim əməllərimizin qiymətini niyyətlərimiz müəyyən edir.Ona görə də bir insanın niyyəti xalis olarsa, yəni səmimi niyyətlə bir işi görərsə, bu yolda həyatını itirərsə, şəhidlik zirvəsinə ucalmış sayılır.
İnsan müharibədə də ölsə, Allah yolunda öldürülürsə, şəhid sayılır. Bundan əlavə, bir insan elm arxasınca gedərkən yolda həyatını itirərsə, analar doğuş zamanı dünyasını dəyişərsə, şəhidlik zirvəsinə ucalır. Bu kimi hədislər mövcuddur. Bütün bu məsələlərdə insanın özünün mənəvi keyfiyyətləri də önəmlidir. Bir insan təmənnasız olaraq Allah rizası üçün bir işi görürsə və bu yolda həyatını itirsə, şəhid sayılır. O cümlədən də insanın həyatını xilas edərkən həlak olmuş polis işçisinə də bunu şamil etmək olar. Bütün bunlar cəmiyyətə xidmət edirsə, xalqın müəyyən bir təbəqəsinin qorunmasına xidmət edərsə, niyyətinin təmiz olması şərtilə şəhid hesab olunur”.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb.Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










