Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yeniləndi

Bakıdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və “Sınıq körpü” (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a bildirilib ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə AYNA tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.
AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.
Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların yeni olmasıdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












