BP AYDS-i layihəsi üzrə ictimaiyyətlə açıq virtual görüş keçirəcək

BP Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirir.
“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, şirkət bütün maraqlı tərəfləri 28 iyul 2021-ci il tarixində saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək görüşdə iştirak etməyə dəvət edir.
ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 1 iyul 2021-ci il tarixindən BP-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:
ƏMSSTQ sənədi: https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/esias/swap/swap_bhex_esia_aze_290621.pdf
Rəy forması: https://go.bp.com/bAB8G
Qeyd edək ki, görüş zamanı BP tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












