“Brent” markalı neftin qiyməti 98 dollardan aşağı düşüb

Neft kotirovkaları cümə günü enişi sürətləndirsə də, yenə də həftəni müsbət balansla qapayır.
Avtosfer.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:53-ə olan məlumata görə, “Brent” markalı neftin oktyabr fyuçersləri Londonun “ICE Futures” birjasında 1,71 ABŞ dolları (1,72%) ucuzlaşaraq 97,89 dollar/barelə bərabər olub. WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu York əmtəə birjasında (NYMEX) 2,04 dollar (2,16%) ucuzlaşıb və bir barel üçün 92,3 ABŞ dollar təşkil edib.
Hər iki marka öncəki həftə təxminən 9% ucuzlaşdıqdan sonra bu həftənin əvvəlindən bahalaşıb. ABŞ-dan gələn güclü statistik məlumatlar neft bazarı üçün müsbət amil olub. Belə ki, statistikanın yaxşılaşması investorlarda ölkədə inflyasiyanın azalacağına, əmək bazarının isə güclü olaraq qalacağına ümid yaradıb.
“Goldman Sachs”ın ekspertləri bazarın artan tələbi və məhdud təklifi tarazlaşdırmağa hələ də ehtiyacı olduğu üçün benzin və neft qiymətlərinin bu ilin sonuna doğru yenidən yüksələcəyini proqnozlaşdırır.
“Brent”in fyuçersləri bir barel üçün 130 dollara, ABŞ-da pərakəndə benzin qiymətləri isə bir qallona (3,7 litr) görə təxminən 5 dollara qayıda bilər”, - “Goldman Sachs”ın enerji araşdırmaları üzrə direktoru Damyen Kurvalen “Bloomberg”ə bildirib.
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO










