Bu 3 şirkət hər saniyəyə min dollar qazanır -SƏBƏB

“Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri hər saniyə min dollar qazanır.
Lent.az-ın xəbərinə görə bu rəqəm “People's Vaccine Alliance” adlı QHT-nin son araşdırması zamanı üzə çıxıb.
Alyans hesabatı tərtib edərkən şirkətlərin illik mühasibat hesabatlarına və digər açıq informasiyalara (xüsusən də dövlətlərin sifarişlərinə) istinad edib. Sənəddə göstərilir ki, 3 şirkətin illik xalis mənfəəti vergilər çıxıldıqdan sonra 34 milyard dolları keçəcək. Başqa sözlə, dəqiqəyə 65 min, günə 93 milyon dollar.
İlin 9 ayı ərzində “Pfizer”in dövriyyəsi 57 milyard dolları keçib. Bunun yarısı vaksin satışından əldə edilib. Bundan əlavə, farmakologiya şirkətinin gəlirinin 16%-i onkoloji, 12%-i isə kardioloji xəstəliklərə aid dərmanların istehsalından formalaşıb.
“Moderna” şirkətinin ilk 3 rübdə gəliri 11 milyard dolları keçib. Şirkət cari ildə 18 milyard dollar dövriyyə gözləyir.
Hesabat dövründə “BioNTech”in dövriyyəsi 13.4 milyard, xalis mənfəəti isə 7 milyard dollar təşkil edib. Digər əczaçılıq laboratoriyalarından fərqli olaraq Uğur Şahinin rəhbərlik etdiyi şirkətin demək olar bütün gəlirləri koronavirus əleyhinə vaksindən formalaşır.
Lakin məsələnin başqa tərəfi də var. Bu 3 şirkətin istehsal etdiyi vaksinlər çox bahadır, xüsusi saxlanma şəraiti tələb edir. Onları yalnız inkişaf etmiş ölkələr alır.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










