Sabunçuda narkotik satışı ilə məşğul olan 27 nəfər saxlanılıb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının noyabr ayının 1-dən bu günə kimi rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.
Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 5 nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Sabunçu Rayon Polis İdarəsinin daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.
Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










