Bu ərazilərə qar yağdı

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi şərq rayonlarında yağış leysan xarakterlidir.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 13, Mərkəzi Aran bölgəsində 33 mm, Lənkəran-Astara bölgəsində 16, Qazax-Gəncə bölgəsində 3, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda, Balakən-Şəki zonasında 2, Quba-Qusar zonasında 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Daşkəsəndə 2, Xınalıq, Xaltan, Göygöl, Gədəbəydə 1 sm olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qəbələ, Qusar, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












