“Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…” - Rafael Ağayev

“Hər şeyi xalq gördü. Hakimlərin qərarlarına da camaat şahidlik etdi”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarında gümüş medal qazanan Rafael Ağayev deyib.
O, Yaponiyaya qızıl medal dalınca gəldiyini bildirib: “Mən bura başqa idmançılar kimi dincəlməyə gəlməmişdim. Məqsədim birinci olmaq idi. Bəziləri turist kimi gəlir buralara, lakin mən yox”.
Ağayev finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…
O qrupda qalırdı və mən ona yardım etdim. Danışığımız olmuşdu. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.///qafqazinfo
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












