Bu il Azərbaycanda benzin istehsalı 28 % azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 mln manat təşkil edib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 13 % azdır.
Hesabat dövründə 247,4 min ton həcmində avtomobil benzini, 550,5 min ton dizel yanacağı, 15,3 min ton sürtkü yağları, 44,9 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin ilk rübündə Azərbaycanda avtomobil benzini istehsalı 28 %, dizel yanacağının istehsalı isə 1,7 %, neft bitumunun istehsalı 17,8 % azalıb. Əvəzində sürtkü yağlarının istehsalı 2,3 dəfə artıb.
Həmçinin, bu ilin ilk üç ayında ölkədə 108 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft, 8,9 min ton yanacaq mazutu, 64,9 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 64,9 %, neft koksunun istehsalı 9,3 % artıb, ağ neftin istehsalı 29,4 %, yanacaq mazutunun istehsalı 67,8 % azalıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












