Azərbaycanın Şimal-Qərb regionunun turizm potensialı artırılır

Dövlət Turizm Agentliyi Şimal-Qərb regionunda yerləşən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının turizm potensialının artırılması istiqamətində tədbirlər görür.
Bunu "Report"a açıqlamasında Agentlik yanında Azərbaycan Turizm Bürosunun (ATB) nəzdindəki Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) direktoru Səbinə Yadullayeva bildirib.
Xatırladaq ki, bu təşkilatın fəaliyyəti adları çəkilən 4 rayonu əhatə edir. Bundan başqa, Büronun Gəncə, Quba və Lənkəranda da DMT-ləri var. Onlar yerli turizm imkanlarının üzə çıxarılması istiqamətində çalışır.
"Xəritə və braşuralar hazırlamışıq"
S.Yadullayevanın sözlərinə görə, rəhbərlik etdiyi təşkilat həm Şəkinin, həm də ümumilikdə regionun turizm xəritələrini hazırlayıb. "Bu xəritələri avtovağzallarda və dəmir yolu stansiyalarında yerləşdirməliyik. Koronavirus (COVID-19) pandemiyasına görə hələ yerləşdirə bilməmişik. Bundan başqa, bu regionun braşurasını da hazırlamışıq. Braşurada gəzməli-görməli yerlər - abidə və muzeylər, eləcə də piknik yerlərinə dair məlumatlar öz əksini tapıb".
"Bəzi obyektlər “Google”un xəritəsinə daxil edilməyib"
"Biz rayon mərkəzləri ilə yanaşı, ayrı ayrı kəndlərdə araşdırmalar aparır, təqdimata ehtiyacı olan hotel və restoranların xəritə və braşuralara salınmasına kömək edir, eləcə də turizm bələdçilərinə təqdim olunmasına çalışırıq. Bəzi sahibkar öz obyektlərini "Google" axtarış sisteminin xəritəsinə ("Google Map") daxil etimirlər. Bu da onların tanıdılmasında, daha böyük auditoriyaya çıxmasında əngəllər yaradır. Biz bu istiqamətdə onlara köməklik göstəririk. Bəzən meşənin içində çox gözəl bir restoran yerləşir. Amma həmin restoranı heç kim tanımır. Biz belə yerlərin “Google Map”ə daxil edilməsinə yardım göstəririk", - o qeyd edib.
"Dağ bələdçiləri yetirşdiririk"
Bundan başqa, Şəki Destinasiya Menecmenti Təşkilatı turizmi inkişaf etdirmək üçün gənclər üçün müxtəlif təlimlər təşkil edir. "Məsələn, bu il dağ bələdçiləri yetişdirmək üçün təlimlər təşkil etmişik”, - deyə S.Yadullayeva bildirir.
"Dağ-piyada marşrutlarını məşhur etmək istəyirik"
Onun sözlərinə görə, hazırda DMT alban marşrutu üzrə iş aparır: “Bu istiqamətdə ATB ilə işləyir, işarələnmə işlərində onlara dəstək oluruq. Biz də dağ-piyada marşrutlarını işarələmişik. Məqsədimiz onları məşhur etməkdir. Yerli əhali bu əraziləri tanıdığı üçün onlardan istifadə edirlər, lakin kənardan bura gələnlər bir sıra yerləri tanımırlar. Biz də çalışırıq ki, bu əraziləri daha da məşhurlaşdıraq. Şəkinin, Qaxın, Zaqatala və Balakənin tanınmayan yerlərinə infoturlar təşkil etmişik. Elə şəlalələr, qalalar var ki, meşənin içində yerləşir və insanlar həmin yerləri tanımırlar”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












