Bu ilin ilk 6 ayında 31 minə yaxın yeni iş yeri yaradılıb

2021-ci ilin altı ayı ərzində ölkədə 30,9 min yeni iş yeri açılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4,0 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Yeni açılmış iş yerlərinin 11,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












