Bu məhsulların idxalı 8 il ƏDV-dən azad ediləcək

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə III oxunuşda qəbul edilib. Vergi qanunvericiliyində biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində nəzərdə tutulan mühüm dəyişikliklərdən biri ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi ilə bağlıdır.
Bu barədə Avtosfer.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolma ölkə ərazisində avtobus istehsalına da şamil edilir.
Belə ki, qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Beləliklə, yerli avtobus istehsalçılarına vergi güzəştlərinin verilməsi nəticəsində avtomobil sənayesinin canlanması və iqtisadiyyata əlavə investisiyaların cəlb olunması hədəflənir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












