“Bu, nəqliyyat sıxlığının azalmasına imkan yaradacaq”

“Bakı Metropoliteni” paytaxtda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində Yaşıl xəttin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.
O qeyd edib ki, layihənin maliyyələşdirilməsi üçün Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları vəsait ayrılıb.
M. Rzayevin sözlərinə görə, ayrılmış maliyyə hesabına Yaşıl xətt üzrə dörd yeni metro stansiyasının inşası planlaşdırılır: “Bu stansiyalar mövcud xəttin davamı kimi paytaxtın şimal və şimal-qərb istiqamətlərində, o cümlədən Dərnəgül stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək.
Layihə yeni salınan və sürətlə genişlənən yaşayış massivlərinin metro şəbəkəsinə qoşulmasına, eyni zamanda nəqliyyat sıxlığının azalmasına imkan yaradacaq. Layihə üzrə tender prosedurlarının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur və nəticələr ictimaiyyətə açıqlanacaq”./qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












