Bu ölkə elektromobillə bağlı geri addım atdı

Avropa İttifaq (Aİ) ərazisində 1 yanvar 2035-ci ildən etibarən təzə avtomobil almaq mümkün olmayacaq. İnsanlar yalnız elektromobil ala biləcəklər.
Avtosfer.az xəbər verir ki, Aİ üzvü olmayan Norveç bu sahədə fərqli davranıb. Subsidiyalar sayəsində ölkədə elektromobilə sürətli keçid baş verib. İndi isə subsidiyalar kəsildiyi üçün işlər çətinləşib. Norveç hökuməti elektromobilə keçid üçün son tarixi 1 dekabr 2024-cü il müəyyən etmişdi. İndi də qərar qüvvədə qalır, lakin bir qədər yumşalma ilə. Norveçlilər gələn il də daxiliyanma mühərrikli maşın ala biləcəklər. Lakin bu texnikanın ekologiya vergisi çox olacaq.
Ekspertlərin qənaətinə görə, qərar əhaliyə çox da ciddi təsir etməyəcək. Çünki satılan təzə maşınların 95%-i elektromobildir. Digər tərəfdən, artıq ölkədə ikinci əl elektromobil bazarı formalaşıb. Çünki bir çox ailə elektromobilini 2 dəfə yeniləyib. 10 min avroya yaxşı vəziyyətdə ikinci əl elektromobil tapmaq mümkündür. Ölkədə ən geniş yayılmış elektromobillər Tesla və Toyotadır. Bu markaların bazar payı müvafiq olaraq 20 və 10 faizdir.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












