Bu ölkə yenidən qadağalara qayıdır: Sərhədlər bağlana bilər

Gürcüstanda epidemioloji vəziyyət daha da pisləşib.
Apsny.ge xəbər verir ki, bu barədə ölkənin milli xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, Koordinasiya şurasının iclasında virusun yayılmasının qarşısının alınması üçün görüləcək tədbirlər müzakirə edilib.
Qamkrelidze pandemiya üzərində qələbəyə aparan bəzi vacib məqamları qeyd edib:
“Müzakirə olunan ilk istiqamətlərdən biri vaksinasiyanın aktivləşdirilməsi, eyni zamanda, həm qapalı, həm də xüsusilə seçkiqabağı, insanların çox toplaşdığı açıq məkanlarda da maska taxmaq məcburiyyətidir.
Əsas - ziyafət, toy, şənlik, konsert kimi kütləvi tədbirlərə qadağa qoyulmasıdır. Bundan başqa, sərhədə də nəzarət vacibdir”.
Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 3 666 yoluxma qeydə alınıb. Ölkədə ümumilikdə 407 689 yoluxma faktı müəyyən edilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












