Bu ölkədə koronavirusa görə ictimai nəqliyyatda qaydalar sərtləşdirildi

Almaniyada koronavirus pandemiyası ilə əlaqədar ictimai nəqliyyatdan istifadə qaydaları sərtləşdirilib.
Bu gündən etibarən ölkə ərazisində qatar, metro və avtobuslara yalnız COVID-19-dan sağalmış, mənfi test nəticəsi olan və peyvənd olunan şəxslər daxil ola biləcək.
Qeyd olunur ki, "Deutsche Bahn" dəmiryol şirkəti qatarlarda təsadüfi yoxlamalar keçirəcəyini elan edib. Bu prosesə şirkətin 4,2 min əməkdaşı cəlb olunacaq.
Yoxlama zamanı müvafiq QR-kod təqdim etməyən sərnişin növbəti stansiyada qatardan endiriləcək və müəyyən olunmuş məbləğdə cərimə olunacaq.
Qeyd edək ki, Almaniyada ötən gün koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb. Belə ki, ölkədə 66 884 min nəfər virusa yoluxub və yoluxanların sayı 5,5 milyon nəfərə çatıb. Bu günədək ölkədə ölənlərin sayı 99 min nəfəri ötüb.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











