Bu şəxslərin NƏZƏRİNƏ - 10 may saat 23:59–da...

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi sabah başa çatır.
Təhsil Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, proses 10 may saat 23:59–da bitəcək. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












