Bu yolda tez-tez qəzalar olur, sakinlər narahatdır - FOTO

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində yaşayan sakinlər buradakı tənzimlənməyən piyada keçidinin həyatları üçün təhlükə yaratdığını və tez-tez qəzalara səbəb olduğunu bildirir.
Avtosfer.az xəbər verir ki, həmin ərazidə yaşayan sakinlərdən biri Şahnaz Həsənova prospektin hərəkət hissəsinin çox enli olmasının təhlükəli olması barədə bir neçə dəfə paylaşım edib.
O bildirib ki, Nərimanov prospektini keçib Mərkəzi Parka getmək təhlükəlidir: “Buradan yolu keçmək canını ölümə atmaq kimidir. 6 zolaqlı yolu piyada solğun “zebra”ya ümid olub keçir. Hava qaralanda bu ölümə getməkdir. Ya sürətlə gələn maşınlar dayana bilmir, bir-birinə çırpılır, yaxud da piyadanı vurur. Bir neçə ay əvvəl bir dəfə motosiklet məni vurmamaq üçün özü yolun kənarına çıxıb, qəza etdi. Daha sonra orada 27 yaşlı bir nəfəri maşın vurub öldürüb. Şəhərin mərkəzi prospektində bir piyada işıqforu quraşdırmaq belə çətin olmamalıdır”.
Vətəndaş son olaraq həmin yerdə noyabrın 23-də qəzanın baş verdiyini qeyd edib.
Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Ömər Xıdırov müraciətimizə cavab olaraq bildirdi ki, qeyd edilən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilməsi planlaşdırılır: “Qeyd olunan ünvanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daha əvvəl təhlillər aparılıb. Yaxın vaxtlarda piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yolda düymə ilə idarə olunan yeni piyada işıqforu quraşdırılacaq”.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












