Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır

Dənizkənarı Bulvar İdarəsinə məxsus gəzinti gəmiləri fəaliyyətə başlayır.
Avtosfer.az xəbər verir ki, yaxın zamanda gəmilərlə gəzintiyə çıxmaq mümkün olacaq.
Hazırda “Mirvari”, “Şəfəq” və “Xəzri” gəzinti gəmilərinin telekommunikasiya vasitələrinin yoxlanılmasına başlanılıb.
Məlumat üçün bildirək ki, ötən aylarda “Mirvari” gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən təmir olunub. Gəminin təmiri 136 min manata başa gəlib.
Qeyd edək ki, “Mirvari” gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 650 nəfəri daşıya bilib. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.
Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri bir müddətdir müvəqqəti olaraq işləmir. Belə ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb./
Mənbə: İqtisadiyyat.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












