Bütün iPhone 13 modellərinin FOTOları

İnternetdə iPhone 13 smartfonlarının maketlərinin fotosu ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonlar arasındakı ölçü fərqini görmək olar. Bundan əlavə olaraq sözügedən foto vasitəsilə smartfonların mümkün dizaynlarını da qiymətləndirmək imkanı yaranır. Gözləntilərə əsasən Apple bu ilin payız fəslində 4 ədəd smartfon təqdim edəcək: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Ortaya çıxmış məlumata əsasən bu ilki iPhone modelləri bir qədər qalın olacaqlar.
Belə ki, smartfonların əsas kameraları bir qədər böyük ölçüdə olacaqlar və onların batareya həcmləri də yüksələcək. Buna baxmayaraq insayderləin sözlərinə əsasən smartfonların qalınlıqları o qədər də nəzərə çarpmayacaqlar. Bununla yanaşı daha bir məlumata əsasən Apple bu ilki iPhone modellərində təkmilləşdirilmiş stabilizasiya sistemindən və 6 linzalı obyektivlərdən istifadə edəcək. Bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo iPhone 13 seriyasının təqribi təqdimat tarixini bildirmişdi. Onun sözlərinə əsasən iPhone 13 seriyasının təqdimatı 14 sentyabr tarixində baş tutacaq.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













