“Caliber”: “Rusiya sülhməramlıları Qarabağda kimlə vuruşmağa hazırlaşır?” - VİDEO

"Caliber” layihəsinin növbəti təhlilində Azərbaycan Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin birmənalı qarşılanmayan təlimlərindən bəhs olunub.
Bu barədə layihənin "YouTube” hesabında "Gəzişən minaatan” və ya sülhməramlılar Qarabağda kiminlə vuruşmağa hazırlaşır?” adlı video yerləşdirilib.
Layihə müəllifləri haqlı olaraq Xankəndidə yerləşən poliqonda təlim keçən sülhməramlıların təlim zamanı icra etdiyi tapşırığın məqsədini müəyyən etməyə çalışıblar. Sülhməramlılar təlimlər çərçivəsində yük maşınlarının kuzovunda yerləşdirilmiş minaatanlardan dağlıq ərazidə təbii maneələrin arxasında müşahidə olunmayan hədəflərə atəş açıblar. Onların məhv etdikləri 50 şərti hədəf zirehli maşın, canlı qüvvə və düşmən mövqelərinin imitasiyasından ibarət olub.
"Burada olduqca ağlabatan bir sual ortaya çıxır - rusiyalı sülhməramlılar bu cür taktikaların köməyi ilə Qarabağda kimə qarşı vuruşmağa hazırlaşır?”, - deyə layihə müəllifləri bildirib.
Ətraflı videoda:
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












