Cəlilabadda narkotacirdən 7 kiloqramdan artıq narkotik götürülüb - FOTO - VİDEO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, əlavə olaraq külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundann Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Qarayevin yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqramdan artıq heroin, 1 kiloqram 200 qrama yaxın tiryək, 251 qram metamfetamin, bir ədəd elektron tərəzi, əlavə olaraq yaşadığı evin yaxınlığında çöllük ərazidə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, R.Qarayev narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və deyiləcək yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təmin etməli imiş. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Mahmud Cəfərov və Famil Əskərov saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, tiryək və metamfetamin aşkarlanaraq götürülüb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?













