"Chevrolet"lə quldurluq edən iki nəfər saxlanıldı - FOTO

Gecə saatlarında quldurluq etməyə hazırlaşan iki nəfər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar.
Onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.
Araşdırmalar zamanı adı çəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub.
Bundan əlavə polis əməkdaşlarının apadıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














