Çin və Azərbaycan nəqliyyat nazirlərinin görüşü keçirilib - FOTO

Çin Xalq Respublikasının nəqliyyat naziri Li Tsiaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Çinin nəqliyyat naziri Li Tsiaopen azərbaycanlı həmkarını cari ilin 14-16 oktyabr tarixlərində Pekin şəhərində keçiriləcək BMY-nin İkinci Qlobal Dayanıqlı Nəqliyyat Konfransında iştiraka dəvət edib. Azərbaycanlı nazir, öz növbəsində çinli həmkarına dəvətə görə təşəkkür edərək konfransda iştirak etməyə hazır olduğunu bildirib.Görüş zamanı iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən Çin yüklərinin Azərbaycan Respublikası ərazisi üzərindən tranzit daşımalarında Çin tərəfinin dəstəyinin göstərilməsi müzakirə edilib. Cənab Li Tsiaopen ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin Azərbaycan-Çin siyasi dialoqunun yüksək səviyyədə qurulmasında xüsusi xidmətlərini vurğulayıb. Nazirlərin görüşündə Çinin böyük daşıma şirkətlərinin Azərbaycan üzərindən keçən tranzit marşrutuna dəstək verəcəkləri barədə razılıq əldə olunub.
Həmçinin Çin tərəfinin yükdaşımaları zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə məsələsində dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Çinin nəqliyyat naziri Li Tsiaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hər iki tərəfdən nazir müavinlərinin rəhbərliyi ilə nəqliyyat üzrə İşçi qrupunun yaradılması barədə razılığa gəlinib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












