Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Xəbərlər 11 İyul 2024 10:55 Oxunub 266
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh