Cinayətdə şübhəli bilinən 94 nəfər saxlanıldı

Xəbərlər 10 İyun 2024 11:17 Oxunub 294
Cinayətdə şübhəli bilinən 94 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh