Cinayətkarlara “ayıqlıq bilərziyi” taxmağa məcbur ediləcək

İngiltərədə cinayətləri spirtli içki qəbulu ilə əlaqədar olan məhkumları sınaq müddəti (probasiya) ərzində qanlarında spirtin səviyyəsini ölçən elektron bilərziklər taxmağa məcbur edəcəklər.
Bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Birləşmiş Krallığın qanunvericiliyi məhkumun cəzaçəkmə müəssisələrindən azad edildikdən sonra dörd ay ərzində spirtli içki qəbuluna qadağa qoyulması imkanlarını nəzərdə tutur. Ötən ilin oktyabr ayında qanda spirtin səviyyəsini ölçən bilərziklərin taxılması ilə bağlı təşəbbüs Uelsdə tətbiq edilib və bu sistem yüzlərlə cinayətkar üzərində sınaqdan keçirilib.
Spirtli içki qəbuluna qoyulan qadağanı pozanları cərimə və məhkəmə hökmləri gözləyir. Britaniya polisinin fikrincə, bu sistem gələcəkdə cinayətlərin sayının azaldılmasına kömək edəcək. (Azərtac)
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












