COP29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində 'City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future' (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutacaq. 20 noyabr tarixində keçiriləcək tədbirdə AYNA-nın nümayəndəsi və həmçinin nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, 'City for People' konseptinin təqdimatını, görüləcək işləri, layihələri və ekosistemin sağlamlığının təkmilləşdirilməsi barədə açılış nitqi söyləyəcəklər. Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunacaq və panel sessiyasında müzakirə ediləcək. Panelistlər qismində AYNA-nın nümayəndəsi, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov, AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli və KPMG şirkətinin Hüquq departamenti üzrə rəhbəri və direktoru Seymur Niftaliyev tədbirə dəvət olunublar. Qonaqlar ekoloji təhlükəsiz taksi xidmətləri, Bakıda mikromobilliyin genişləndirilməsi və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparacaqlar. Həmçinin, Bakıya 6500 km-dən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının üzvü Giyem Otraj (Guillaime Otrage, COP29 Ride Team) davamlılıq mövzusunda, iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşəcək. Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri, Paşayeva Maarifə tərəfindən aparılacaq
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










