COVID pasportu soruşmadıqları üçün kafedə dava saldı

Qubada 3 gün öncə kafeyə gedən dostlar yeyib-içdikdən sonra obyektin icarədarı ilə mübahisə ediblər. Belə ki, onlar COVID-19 pasportları olmadan içəri buraxdığına görə sahibkarı söyüblər.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Timiryazev qəsəbəsində yerləşən çay evində, saat 23:00 radələrində baş verib.
Çay evinin icarədarı məhkəmədə ifadə verərək deyib ki, sentyabrın 3-də tanımadıqları bir neçə nəfər çay evində pivə içiblər: “Sonra onlardan biri mənə yaxınlaşıb niyə vaksin olunması barədə COVID pasportu olmadan onları içəri buraxıb, xidmət etdiyimizi soruşdu. Mən də onların masasının yığışdırılmasına göstəriş verdim, həmin şəxslər çay evində uca səslə nalayiq söyüşlər söyüblər. Mən də polis çağırdım”.
Məhkəmədə ifadə verən Hafiz Qulamov (şərti) həmin vaxt içkili olduğu üçün özünü təqsirli bilmədiyini deyib: “Araq içdikdən sonra dostum Tahirlə pivə içməyə çay evinə getdik. Orada qışqıra-qışqıra söyüşlü zarafatlar eləyirdik. Çay evinin sahibi bizim etdiyimiz hərəkətə görə əvvəlcə stolu yığışdırdı, sonra da polis çağırdı. Bu zaman polislə aramızda mübahisə yarandı. Mən də özümdə olmadığım üçün söyüş söydüm. Elədiyim əməldən dolayı peşmanam və bir daha belə hallara yol verməyəcəyəm”.
Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədovun hökmü ilə Hafiz Qulamov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












