Dağıdılan erməni postunun qanlı - FOTOLARI

Erməni KİV-ləri ötən gecə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun Azərbaycan ordusu bölmələrinin cavab tədbirləri nəticəsində dağıdılan postunun fotolarını yayıb.
Avtosfer.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, posst köhnə vaqondan və ətrafına yığılmış qum dolu kisələrdən ibarətdir. Kadrlara əsasən postda qan izləri, ətrafa dağılmış ləvazimatlar görünür.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan ordusunun bölmələri iyulun 28-də gecə saatlarında ordumuzun dövlət sərhədinin Kəlbəcər istiqamətindəki mövqelərinə qarşı yenidən təxribata əl ataraq müxtəlif çaplı silahlardan atəşə tutub.
Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb, döyüşlər səhər saatlarına qədər davam edib. Səhər saat 10 radələrində Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs barədə razılaşma əldə olunub.
Erməni tərəfinin döyüşlərdə tankları və 120 millimetrlik minaatanları da işə saldığı bildirilir. Döyüşlərdə erməni tərəfi 3 hərbçisini itirib, 4 nəfər yaralanıb. Azərbaycan ordusunun 2 hərbçisinin yaralandığı bildirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO















