DANX rəisinə yeni müavin təyin edildi - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini Anar Rzayev təyin edilib.
Avtosfer.az xəbər verir ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci ildə «ACTP» tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək «Beynəlxalq İqtsiadi münasibətlər» ixtisası üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasına dissertant kimi təhkim edilib.
İqtisad üzrə fəlsəfə doktorudur.Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.
1996-cı ildə Şotlandiyanın «OBC Transport» şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək «DİALOG Freigşt İNTL» ABŞ-Rusiya birgə müəssisəsinin Baş Meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın «Van der Вal Intl. Transport Bakı» Şirkətinin Baş Direktoru vəzifəsində çalışıb.
2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb.
2014-cü il fevral ayından İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunub. UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir.
2018-ci ilin may ayından UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəifəsinə təyin olunub.
2015-ci ilin oktyabrında “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO








