Daşqınlar nəticəsində zədələnən dəmir yolu bərpa edilir

Rusiya 25-26 may tarixlərində Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakətdən ziyan çəkən dəmir yol infrastrukturun bərpasına dəstək göstərir. APA-nın məlumatına görə, bu barədə razılıq Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mqer Qriqoryan arasında əldə edilib.
Qeyd olunub ki, Ermənistanda baş vermiş daşqınların dəmir yolu infrastrukturuna zərərinin aradan qaldırılması işinə rusiyalı mütəxəssislər cəlb olunub. Bundan əlavə rəsmi Moskva bu prosesin maliyyə tərəfini də öz üzərinə götürüb. Eyni zamanda Rusiya Ermənistanı həyati vacib yüklərlə də təmin edir.
Məlumatda o da qeyd olunur ki, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri həm daxili, həm də Ermənistanla Gürcüstanı birləşdirən yeganə dəmir yolu xəttinin bərpası üzrə işlərə cəlb olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












