"Dayanacağı özbaşına dəyişib, qiyməti artırıblar" - Zabrat avtobuslarından ŞİKAYƏT

Bakının Zabrat-1 qəsəbəsində qrafik üzrə hərəkət edən avtobuslarla bağlı şikayət daxil olub.
Vətəndaşlar qeyd edirlər ki, 197 saylı marşrutun son dayanacağı metronun "Ulduz" stansiyası təyin olunsa da, sürücülər "Neftçilər" və ya "Qara Qarayev" stansiyalarının yanında saxlayırlar. Bakıxanov qəsəbəsində düşən sərnişinlərdən 50, "Qara Qarayev" stansiyası yaxınlığında düşənlərdən isə 60 qəpik tələb olunur. Vətəndaşlar vurğulayırlar ki, Zabrat qəsəbəsindəki dayanacaqların yerləri də dəyişdirilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə sorğu ünvanladıq.
Qurumdan bildirilib ki, COP29-la əlaqədar bir sıra marşrutların son və aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib:
"197 nömrəli marşrutun son dayanacaq məntəqəsi Zabrat qəsəbəsi olmaqla təşkil edilib. Hazırda Zabrat qəsəbəsindən metronun "Ulduz" stansiyası istiqamətində 131 nömrəli, "Qara Qarayev" istiqamətində isə 166 nömrəli marşrut fəaliyyət göstərir. Həmin marşrutlar nağdsız ödəniş sistemində fəaliyyət göstərirlər və gediş haqqı 55 qəpik müəyyən olunub.
Həmçinin, dayanacaq məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı marşrutun müvəqqəti istismarçısına qeyd olunan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müvafiq qanunvericiliyə əsasən, müəyyən edilmiş hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.
Tariflə bağlı müvafiq qərarlar barədə sürücülərin təlimatlandırılması və gediş haqqını məbləğdən artıq tələb edən sürücülər barəsində müvafiq tədbirlərin görülməsi tapşırılıb".
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












