Dələduzluqda ittiham olunan bağça direktoru ev dustaqlığına buraxıldı

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.
Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.
Əldə etdiyimiz məlumata görə, Havvaxanım Rüstəmovanın işi üzrə ümumi ziyan 500 min manata yaxındır. Amma onun yaxınları həmin ziyanın çoxunu ödəyiblər. Məhz bu səbəbdən direktor azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.
Buna baxmayaraq, zərərçəkmiş şəxslərin bəziləri narazıdırlar. Onlar mülki iddia qaldıracaqlarını deyirlər.
Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












