“Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur” - Hande Harmancı

“Artıq Azərbaycanda “Delta” ştammının olması təsdiqləndi. Hər kəs bu variantın ölkəyə gələcəyini onsuz da bilirdi”.
Bunu Bərdədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
ÜST rəsmisi bildirib ki, bu variantın özəlliyi daha sürətlə yayılmasıdır:
“Buna görə də çox sayda insan xəstələnə bilir. Yeni varianta qarşı yeni mübarizə üsulu yoxdur. Tələblər eynidir. Mütləq şəkildə peyvənd vurdurmaq lazımdır. Azərbaycan hökumətinin vətəndaşlara vurdurulması üçün təqdim etdiyi peyvəndlərdən birini istifadə etmək məsləhətdir. Digər tərəfdən də gigiyenik qaydalara əməl etmək şərtdir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.///report
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO












