Dəmir yolları ilə daşınan tranzit yüklərin 26 faizi Azərbaycanın payına düşüb

Keçən il Gürcüstan dəmir yolları ilə 13,6 milyon ton yük daşınıb, bu da 2022-ci illə müqayisədə 8,2 faiz azdır. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə məlumat “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin (GDY) maliyyə hesabatında əksini tapıb.
Bildirilir ki, yük dövriyyəsinin azalması əsasən tranzit daşımaların azalması ilə bağlıdır. 2022-ci ildə tranzit yüklərin həcmi 8,6 milyon ton olduğu halda, 2023-cü ildə bu rəqəm 7,7 milyon tona qədər azalıb.
Hesabat dövründə Gürcüstan ərazisindən dəmir yolu ilə daşınan yüklərin 47 faizi və 7,7 milyon tonu Rusiyadan göndərilib.
Tranzit yüklərin 26 faizi isə Azərbaycanın payına düşüb. Qalan yüklərin 3,4 faizi Türkmənistandan, 3,2 faizi Rumıniyadan, 2,8 faizi Bolqarıstandan, 2,3 faizi Türkiyədən, 1,3 faizi Belarusdan, 1,2 faizi isə Çindən göndərilib.
GDY ilə daşınan ümumi yüklərin 28,9 faizini mis filizi və digər mədən xammalı, 28,5 faizini kömür, xam neft və təbii qaz, 12,7 faizini isə qida və içkilər təşkil edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












