Dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi artıb - FOTO

Bu ilin yanvar-iyun ayları üzrə dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində müsbət artım tendensiyası müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları əməliyyatları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə ortalama 38% artım edib. Ən çox artım tranzit daşımalarında (48%) qeydə alınıb.
Tranzit rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 2 dəfədən çox (192%), qida məhsullarında 80%, sənaye məhsullarında 2 dəfəyədək artım müşahidə olunub.
İxrac rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 56% azalıb, mineral tikinti materiallarının daşınmasında 94%, kimyəvi məhsulların daşınmasında 77%, kimya sənayesi məhsulları üzrə isə 3 dəfəyədək artım mövcuddur.
Daxili daşınmalar üzrə yanacaq və energetika məhsullar üzrə 94%, mineral xammal məmulatları və mineral tikinti materialları daşınmasında 37%, sənaye və metallurgiya məhsulları üzrə isə 2 dəfəyədək artım mövcuddur.
İdxal rejimi üzrə ümumi yükdaşıma həcmində kəskin daşınma fərqləri mövcud olmamasına baxmayaraq yanacaq və energetika məhsullarının daşınmasında 4 dəfədən çox artım müşahidə olunub.

Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












