Dəniz sahillərini zəbt edən tikililərin sökülməsi yalnız Buzovnaya aiddirmi?

Bir müddət öncə Prezident İlham Əliyev Buzovna qayalarının qanunsuz zəbt edilməsi məsələsinin araşdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına göstəriş verib.
Press.az xəbər verir ki, bu göstərişdən sonra Buzovnada dəniz sahilini zəbt edən tikililərin sökülməsi işiləri başlanılıb. Bir çox hasarlar, qanunsuz tikililər sökülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə inventarizasiya aparılıb.
Bəs digər zəbt edilən sahillərdəki qanunsuz tikintilərin araşdırılıb sökülməsi, vətəndaşların dəniz sularından pulsuz istifadə etməsi nə zaman gərçəkləşəcək? Yoxsa həmin ərazi sakinlərinində şikayət etməsini gözləyən şəxslər var?
Məsələn, ötən gün vətəndaşlardan bir neçəsinin sözlərinə görə, Şıxov sahillərində ("1001 gecə" , "Aysberq" , "İstanbul meyhane" , "Ramada" , "Aqua Park" və s. restoranların ərazilərində" dəniz kənarına getmək pulsuz mümkün deyildir. Orada yerləşən restoranlar, vətəndaşlardan yalnız dənizdən istifadə üçün 20 azn tələb ediblər. Vətəndaş məcburdur ki, 20 azn restoranın ödənişini etdikdən sonra, əraziyə daxil ola bilsin, və daha sonra çimərlikdən istifadə etsin.
Bakı Şəhər İcra Hakimiyyəti isə, bu ərazinin sakinlərinin şikayət məktubu daxil olmadığı üçün, həmin ərazidə araşdırmalar, və qanunsuz tikililərin sökülməsi işlərinə baxmayıb.
Yaranmış vəziyyətdən belə aydın olur ki, qanunsuz tikililərin sökülməsi üçün, mütləq həmin ərazidə yaşayan sakinlərin şikayəti vacibdir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












