Dənizçilərin nəzərinə: Rüsum artırılır
Xəbərlər
26 Aprel 2021 14:45

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Avtosfer.az-ın məlumatına görə, qanun layihəsi “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə uyğun olaraq hazırlanıb.
Təklif olunan qanun layihəsi də ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq (hazırda praktikada geniş istifadə edilir) dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişidirilməsi üçün fərqli müddətlər (on, beş və ya bir iş günü) müəyyən edir.
Yeni layihəyə əsasən dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.
Qeyd edək ki, qanunda olan mövcud praktikaya görə dənizçinin şəxsiyyət sənədinin verilməsi (müddət göstərilmir) üçün 30 manat rüsum ödənilməsi tələb olunurdu.
Oxunub : 1418
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












