Dənizlə bu il daşınan yüklərin 48%dən çoxu neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 932,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 48,6%-i neft yükləri təşkil edib.
Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377,0 min tonunu və ya 80,3%-i tranzit yüklər təşkil edib. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26 min nəfər olub”, - məlumatda qeyd olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












