Departament direktorunun müavini rüşvətə görə həbs edilib

“Azərbaycan Standartlaşdırma İnstitutu”nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizov həbs edilib.
APA xəbər verir ki, R. Əzizov rüşvət almaqda ittiham edilir.
Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir:
“Bu tədbirlər çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












