Deputat Eldəniz Səlimovun kamera yoldaşı kimdir? - VƏKİL AÇIQLADI

Deputat Eldəniz Səlimov Bakı İstintaq Təcridxanasında saxlanılır.
Avtosfer.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat paylaşıb.
O bildirib ki, E.Səlimov 8 nəfərlik kamerada saxlanılır: “Dünən Bakı İstintaq Təcridxanasında Razi Hümbətovla görüşdüm. Yaxşıdır, bütün dostlara salamları vardır. Saxlanma şəraitinə gəldikdə deyə bilərəm ki, kamerada səkkiz nəfər var. Kamera yoldaşlarından biri də deputat Eldəniz Səlimovdur”. Qeyd edək ki, Razi Hümbətov “Müsəlman Birliyi” hərəkatının üzvüdür. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Lent.az
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












