Deputatdan pensiya kapitalı ilə bağlı TƏKLİF

“Minimum pensiya məbləği artdıqca, əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmaldır”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
“Minimum pensiya məbləğinin artması müsbət haldır və Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var.
Məsələn, tək analar, ailədə uşaqların sayı və digər faktorlar nəzərə alınaraq, kapital tələbi azaldıla bilər. Bu daha çox yaşa görə müavinət alan bəzi vətəndaşımızın əmək pensiyası almasına imkan yaradar. Daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”, - deyə deputat bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












