DGK-nın əməkdaşı BMT-nin "Qlobal ekspertlər hövzəsi"nə üzv seçilib

Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması" üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupuna Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən rəhbərlik edilir.
Avtosfer.az-a xəbər verir ki, bu barədə DGK-nın yaydığı məlumatda deyilir.
İşçi qrupunun əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara uyğun APİ/PNR sistemlərinin tətbiqi və bu çərçivədə qanunvericiliyin təkmilləşdirilməsi, bütün aidiyyəti dövlət qurumlarının tələb və funksiyalarına cavab verəcək vahid risk mexanizminin yaradılması, "Sərnişin Məlumat Mərkəzi" (PİU) və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmə təcrübəsinin öyrənilməsi, məlumatların düzgün emalı, o cümlədən səmərəli təhlili sahəsində potensialın gücləndirilməsi kimi uzunmüddətli hədəflərdən ibarətdir. Sözügedən məsələlərlə əlaqədar olaraq 2019-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi ilə birgə fəaliyyət göstərilir.
Birləşmiş Millətlər Təşkilatı "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin dünya ölkələri tərəfindən beynəlxalq standartlara uyğun qurulması üçün "Qlobal ekspertlər hövzəsi" yaradıb və ümumilikdə, həmin bazaya dünya üzrə 40-a yaxın ekspert daxil edilib. Ekspertlər əsasən Amerika, Avropa və Avstraliyanı təmsil edir. Regiondan Azərbaycanı təmsilən Dövlət Gömrük Komitəsinin Beynəlxalq ticarətə dəstək şöbəsinin rəisi Rövşən Namazov da "Qlobal ekspertlər hövzəsi"nə daxil edilib. Gələcəkdə Azərbaycan, o cümlədən BMT təcrübəsinin digər ölkələr ilə paylaşılması, yaxud həmin ölkələrdə "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması prosesinə Rövşən Namazov DGK-nın və BMT-nin eksperti kimi cəlb olunacaq.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












