DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası elan yayıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası məlumat verir ki, 02.09.2021-ci il tarixdən 11.09.2021-ci il tarixə qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda iştirak edəcək təmsilçilərin (seçici) qeydiyyatı aparılmışdır. Həmin təmsilçilərin (seçici) siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://customs.gov.az/modules/pdf/pdffolder/108/FILE_0CD94A-37A52F-4A27CD-3B8EC6-850AFC-9EBA65.pdf
Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 13 nəfər müəyyən edilmiş və İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərin namizədliyi qeydə alınmışdır. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən səsvermədə iştirak edəcəklərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.
Bir daha xatırladırıq ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 21.09.2021-ci il tarixdə saat 09:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) gizli səsvermə yolu ilə seçiləcəkdir. Təmsilçilər (seçicilər) səsvermə günü şəxsiyyət vəsiqələrini Seçki Komissiyasına təqdim etməklə birgə yığıncaqda iştirak edə bilərlər.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












