“Diplomatların maaşları xeyli dərəcədə artıb”

“Mən 18 il Rusiya kimi böyük və çətin ölkədə səfir vəzifəsində çalışmışam. Bu işlərin içində olduğuma görə istəyirəm bir daha vurğulayım ki, bu qanun çox gözlənilirdi”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bu gün keçirilən plenar iclasda “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Təbii ki, bu 20 il ərzində bəzi problemlər yığılıb. Qanun layihəsi bu problemlərin əksəriyyətini həll edir və bizim diplomatların xaricdə işləməsi üçün çox gözəl imkanlar yaradır, bundan sonra daha da səmərəli işləməyə vadar edir. Prezidentə dərin təşəkkür edirəm.
Bildiyiniz kimi, bir il bundan öncə diplomatların maaşları xeyli dərəcədə artıb. Yeni qanunda qalan məsələlər də həll olunub. Qeyd edim ki, indiki XİN rəhbərliyi səfirlərin işinə çox diqqətlə yanaşır, problemləri həll etməyə çalışır, vəziyyət ildən-ilə düzəlir. Lakin artıq bu qanun qəbul olunandan sonra tam qanuni əsaslarla bu məsələlər həll olunacaq”, - deyə komitə sədri bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












