DİN: Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır

Daxili İşlər Nazirliyi (DİN) ahıl və tənha vətəndaşların dələduzluğa məruz qalması ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər.
"Cinayətkar şəxslər və qruplar tərəfindən əsasən ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir. Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər", - məlumatda qeyd olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












