DİN-dən özünü "12-ci İmam Mehdi" adlandıran Aqil Babayevin ailəsinin iddialarına münasibət

Məlum olduğu kimi, ötən gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yayıb. Onun dini məclislər təşkil etdiyi, 20 ildən artıq dövr ərzində 50-yə yaxın vətəndaşı aldatdığı və pullarını mənimsədiyi bildirilir.
A.Babayevin ailəsi isə səslənən ittihamlarla razılaşmır. Ötən gün Sərdar Babayev saytımıza açıqlamasında qardaşının özünün soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul və qızıl zinyət əşyalarının götürüldüyü bildirmişdi.
Ötən gün isə A. Babayevin bacısı Mətanət Babayeva Meydan TV-yə açıqlamasında qardaşının iyunun 7-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü və 9 milyon manatlıq soyğunçuluğun bu zman baş verdiyini deyib. Onun sözlərinə görə, soyğunçuluq faktı üzrə 102 qaynar telefon xəttinə və yuxarı instansiyalara şikayət etsələr də, bu günədək nə hadisə yerindən əl izləri götürülüb, nə də hadisə şahidi olaraq həyat yoldaşı dindirilib.
Şikayətlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov qafqazinfoya bildirib ki, A. Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır: "Bu fikirlər istintaqın gedişinə maneə və istintaq aparan əməkdaşlara təzyiq kimi qiymətləndirilir. A. Babayev konkret şəxslərə qarşı dələduzluq əməli etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. A. Babayev və yaxınlarının iddiaları araşdırılıb və heç biri öz təsdiqini tapmayıb. O, zərərçəkənlərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurub".
Xatırladaq ki, Sərdar Babayev eyni zamanda qardaşı A.Babayevin "ŞaurmaN1" restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu bildirmiş, oğurluq hadisəsini də məhz onun adı ilə bağlamışdı.
Qeyd edək ki, ötən gün DİN Aqil Babayevin həbsi ilə bağlı rəsmi məlumat yayıb. Ona qarşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












